525-ci qəzet

Ağdam və Goranboydakı mövqelərimiz atəşə tutuldu



Ermənistan Ordusunun bölmələri mayın 23-də saat 08.30-dan 08.40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, mayın 24-də saat 02.10-dan 02.15-dək isə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.




25.05.2012     Çap et  Çap et