525-ci qəzet

Ermənilər Qarabağda su elektrik stansiyası tikməyi planlaşdırırlar


 
Ermənilər Azərbaycanın işğal olunmuş Laçın rayonu ərazisində su elektrik stansiyası (SES) tikməyi planlaşdırırlar. APA-nın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, SES ermənilərin Kaşataq adlandırdıqları Laçın rayonunda işğaldan sonra məskunlaşdırılmış yaşayış məntəqələrini elektrik enerjisi ilə təchizatını həyata keçirəcək. Stansiyanın gücü 3 MVt təşkil edəcək.




25.05.2012     Çap et  Çap et