525-ci qəzet

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik Azərbaycana keçib



Mayın 24-də Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik Ermənistandan Azərbaycana keçib. APA-nın xəbərinə görə, sədrlik QDİƏT PA-nın Ermənistan paytaxtında keçirilən 39-cu plenar sessiyasının yekununda növbəti 6 ay üçün Azərbaycana verilib. Bu münasibətlə Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyevə rəmzi çəkic təqdim edilib. Azərbaycanın sədrliyi noyabrın 20-nə qədər davam edəcək.




25.05.2012     Çap et  Çap et