525-ci qəzet

İranla sərhəddə iki Azərbaycan əsgərinin meyiti tapılıb



Azərbaycan-İran sərhədində yerləşən zastavada iki əsgərin meyiti tapılıb. APA-nın məlumatına görə, hadisə Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin İmişli rayonunun Bəhramtəpə qəsəbəsində yerləşən sərhəd zastavasında qeydə alınıb. Sərhəd zastavasının xidməti ərazisində Sərhəd Qoşunlarının əsgərləri – 1993-cü il təvəllüdlü Əliyev Rahib Nazim oğlu və 1993-cü il təvəllüdlü Kazımzadə Tural İzzət oğlunun meyitləri aşkar edilib. Onların üzərində avtomat güllələrinin izləri aşkar edilib.
İlkin ehtimala görə, hadisəni əsgərlərdən biri törədib. O, əvvəlcə əsgər yoldaşını, sonra isə özünü güllələyib. DSX-dan APA-ya faktı təsdiqləyiblər. Qurumdan hadisənin əsgərlər arasında qarşılıqlı münasibətlərin pozulması nəticəsində baş verdiyi bildirilib. Hazırda faktla bağlı Lənkəran hərbi prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, əsgər R. Əliyev Şəmkir, T. Kazımzadə isə İsmayıllı Rayon Hərbi komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.






24.05.2012     Çap et  Çap et