525-ci qəzet

İrandan gələn Azərbaycan yük avtomobillərinin buraxılmasında problemlər hələ də qalır



Azərbaycan nəqliyyat vasitələrinin Biləsuvar və Astara sərhəd-keçid məntəqələrindən İrana buraxılışı bərpa olunub. Bu barədə APA-ya Azərbaycan Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. DSX-dan bildirilib ki, srağagün İran sərhədçiləri Biləsuvardan İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına, Astaradan isə İrana gedən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyub. Azərbaycan tərəfinin müraciətinə baxmayaraq, bunu əsaslandırmayıblar. DSX tərəfindən aparılan danışıqlar nəticəsində dünən günorta saatlarından Azərbaycan istiqamətindən İran ərazisinə nəqliyyat vasitələrinin buraxılışı bərpa olunub. Lakin Astara istiqamətində İrandan gələn Azərbaycanın yük avtomobillərinin buraxılmasında problemlər isə hələ də qalır. Azərbaycan tərəfi sözügedən problemin günün sonuna qədər həll olunması üçün İranın müvafiq qurumları ilə danışıqlar aparır.





24.05.2012     Çap et  Çap et