525-ci qəzet

Nəqliyyat Nazirliyində “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı müşavirə keçirilib



Nazirlikdən verilən məlumata görə, nəqliyyat nazirinin müavini Musa Pənahovun rəhbərliyi ilə keçirilən müşavirədə nazirliyin müvafiq qurumlarının rəhbərləri iştirak edib. Nazir müavini müsabiqə ilə əlaqədar olaraq bu günədək görülmüş işlərdən danışıb, bu günlərdə Bakıya gələn istər rəsmi qonaqların, istər turistlərin və azarkeşlərin, istərsə də akkreditasiyadan keçmiş kütləvi informasiya vasitələri nümayəndələrinin əvvəlcədən tərtib olunmuş hərəkət sxemlərinə uyğun olaraq daşınmasının təşkili ilə bağlı görülən işlərin yekunları barədə müşavirə iştirakçılarına ətraflı məlumat verib.
Sonra müsabiqə ilə bağlı Tədbirlər Planına müvafiq olaraq həyata keçirilən tədbirlərə məsul olan şəxslər hər biri ayrılıqda cavabdeh olduğu sahə üzrə məruzələr ediblər. Müşavirədə müsabiqənin keçirildiyi günlərdə həmin istiqamətdə daha çox insan axınının olması nəzərə alınaraq bununla bağlı konkret tapşırıqlar verilib, avtobus və taksi sürücülərinin təlimatlandırılması ilə bağlı məsələlər nəzərdən keçirilib və yarımfinala bileti olan vətəndaşların əvvəlcədən nəzərdə tutulan məntəqələrdə nəqliyyat vasitələrindən enmələri ilə bağlı maarifləndirmə işinin zəruriliyi bir daha qeyd edilib.
BƏXTİYAR





24.05.2012     Çap et  Çap et