525-ci qəzet

Azərbaycan Fransada keçirilən şərab festivalında iştirak edib



Fransanın Burqundiya regionunun Oser şəhərində “Oserin üzüm gülləri” adlı şərab festivalı keçirilib. Tədbiri 20 minə yaxın insan ziyarət edib. AZPROMO-dan verilən məlumata görə, bu məqsədlə Azərbaycanın Fransadakı Səfirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə rəsmi şəxslərdən və şərabçılıq sahəsində ixtisaslaşmış iş adamlarından ibarət nümayəndə heyəti mayın 18-21-də Oser şəhərində səfərdə olublar.
Bu ilki festivalda xarici ölkələrdən yalnız Azərbaycan Fəxri Qonaq qismində iştirak edib. Ölkəmiz üçün ayrılmış sahədə Azərbaycan şərabları nümayiş olunub, həmçinin milli mətbəximiz və musiqimiz ziyarətçilərə təqdim edilib.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində üzüm plantasiyalarında və şərab istehsalı müəssisələrində də olub, təcrübə mübadiləsi aparıblar.
Səfər zamanı Azərbaycanın Gəncə, Şəmkir, Göy-Göl və Balakən şəhərləri ilə Burqundiyanın Yon bölgəsinin Ali Şurası arasında Anlaşma Memorandumu və 2012-ci və 2013-cü illər üzrə Fəaliyyət Planına dair, eləcə də Şəmkir şəhəri ilə Oser şəhəri arasında, Göy-Göl şəhəri ilə Şabli şəhəri arasında əməkdaşlıq üzrə anlaşma memorandumları imzalanıb.
BƏXTİYAR





24.05.2012     Çap et  Çap et