525-ci qəzet

Arda Turan: “Fənərbağça” aslan kimi dayandı”



“Atletiko” (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan maraqlı açıqlamaları ilə diqqət çəkib. Türkiyəli futbolçu psixoloji gərginliyə baxmayaraq, “Fənərbağça”nın Superliqanın cari mövsümündə xoş təsir bağışladığını bildirib: “Böyük komandalarda önəmli olan ayaqda qala bilmələridir. Bu mənada “Fənərbağça” klubunu fərqləndirmək istərdim. Türkiyədə danışılmış oyunlarda onların günahının olub-olmamasını deyə bilmərəm. Ən doğrusunu Allah bilir. Ancaq bu faktdır ki, “Fənərbağça” aslan kimi dayandı. “Qalatasaray” da son dönəmlər toparlandı. Artıq sabiq komandamda mükəmməl bir uyğunlaşma var”.
Qeyd edək ki, Arda Turan 2006-2011-ci illər ərzində məhz “Qalatasaray”ın şərəfini qoruyub.





24.05.2012     Çap et  Çap et