525-ci qəzet

“Molla Nəsrəddin” jurnalı və dövri mətbuata münasibət məsələsi



V YAZI

Mətbuatın taleyi Vətənin taleyidir

“Molla Nəsrəddin”in redaktoru “Bürhani-tərəqqi”, “Həyat” və ya “İrşad”dakı məqalələri deyil, “Noğareli” qəzetindəki məqalənin məzmununu oxucuların diqqətinə çatdırır. Aydın olur ki, rus-yapon müharibəsi başlayarkən Hacı Əbdürrəhim əfəndi ça¬ra tərif yazıb əvəzində qızıl saat alsa da, daha qırx ədəd peçenyə bişirt¬di¬rə¬rək üzə¬rinə dualar yazdırıb və çara göndərib. Hətta “Molla Nəsrəddin” “Noğareli”yə istinadən həmin duanın mətnini də oxuculara çatdırır: “Uca olan və genə ucadan da, ucadan da, ucadan da uca olan imperaturi-əzəm səl¬ləməllahül-təalayə poçt ilə bir passilkeyi-həqir ki, ola qırx ədəd xırda ayə ilə yazılmış çörəklərdən və genə bir parça kağızda tilsim göndərdim uca olan cənabınızın xidmətinə. Həmin bu çörəkdən qırx gün hər sübh bir ədəd yeyər¬si¬niz və bu parça kağızda olan duanı hər sübh qırx dəfə vird və təkrar oxuyarsınız, inşaallah dəxi o vaxtda duma dəxi məğlub olar və əsla duma tərtib etməyə meyil etməzlər və dumanın tifaqı bərhəm olar və özüüz (köhnə sayaq ilə) qaimməqam olarsız inşaallah”.
Əlbəttə, “Noğareli”dən alınmış bu mətnin nə dərəcədə real olması oxucuya qaranlıq qalsa da, Hacı Əbdürrəhim əfəndinin imperator Nikolaya mədh¬namələr söyləməsi şübhəsizdir. Və nədənsə mədhnamələr söyləyər¬kən Hacı Əbdürrəhim əfəndinin yadından çıxır ki, imperator Rusiya hökm¬da¬rıdır, xaçpərəstdir. Bəli, göndərdiyi məktubda rus çarını Tanrıya bərabər tutan Hacı şamaxılılara müraciətində isə sanki tamamilə dəyişir, özgə adam olur: “Ey uşaqlarını rus dərsinə qoyanlar, açın qulaqlarınızı eşidin, sonra peşiman olar¬sınız, peşimançılıq da nəticə bağışlamaz. Eşidin mənim bir neçə sözümü! Ey uşaqlarını rus dərsinə qoyanlar! Bilin ki, cəhənnəm olacaq axirətdə sizin məkanınız...”.
Fikrimizcə, Hacı Əbdürrəhim əfəndidən söz açarkən “Molla Nəsrəd¬din”in gürcü qəzeti “Noğareli”dən sitat gətirməsi də müəllif ideyasına xidmət naminədir. Məhz bu yolla da Cəlil Məmmədquluzadə öz qəribə əməlləri ilə digər xalqlar tərəfindən gülüş obyektinə çevrilən din nümayəndələrimizin, eləcə də həmvətənlərimizin halına acıyır.
Jurnalın səhifələrində “Molla Nəsrəddin” əməkdaşlarının digər qəzet və jurnal nümayəndələri ilə səmimi fikir mübadiləsi aparmalarına dair mate¬rial¬lara da rast gəlirik. Əslində göstərilən tipli fikir mübadilələri də satiranın real¬laşmasında vasitəyə çevrilibdir.

Fransa erməniləri ilə rus şovinistlərinin azərbaycanlılara qarşı haqsız¬lığı

Bəllidir ki, Mirzə Cəlili daim düşündürən problemlərdən biri Qafqazda rus siyasətinin nəticəsində törədilən milli qırğınlar olub. Cəlil Məmməd¬qu¬¬lu¬zadə qeyri müsəlman, xüsusən gürcü jurnalistlərin belə milli qırğınla bağ¬lı narahatlıqlarını yüksək qiymətləndirib: “Tiflisdə bir qəzet var, adı “Qolos Kavkaza”dır. Özü padşah tərəfdarıdır. Tiflisdə müsəlmanlardan min dörd yüz müştərisi də var, özgə yerlərdən nə qədərdi bilmirəm. Qərəz …
Dünən bu qəzetin mühərrirlərindən birisi küçədə mənə rast gəlib soru¬ş¬du: Ay Molla Nəsrəddin, deyirlər ki, Bakıda ermənilər və müsəlmanlar bir-bir¬¬lərini qırıb qurtardılar, xəbərin var? Dedim, xeyr, xəbərim yoxdu. Amma gü¬man edirəm ki, bu xəbərin əsli yoxdu. Gördüm ki, rəfiqim başını saldı aşa¬ğa. Dedim, bəradər heç ürəyini sıxma. İki ay bundan irəli Firəngistan darülfü¬nu¬nunun mərizxanasında bir Qafqaz ermənisi ilə bir Qafqaz müsəlmanının baş¬larını yarıb beyinlərini misqal-tərəzidə çəkirmişlər. Bu heyndə görürlər ki, tə¬rə¬zidə heç bir şey yox: Məlum olur ki, beyinlər ağırlıqlarından havaya uçublar.
Mühərrir rəfiqim sözümü tez başa düşdü və sevincək əlimi sıxıb “spasibo” dedi və uzaqlaşdı”.
Şübhəsiz ki, söhbət janrında olan bu əsərdə müəllif ideyasının üzə çı¬xa¬¬¬¬rıl¬ması xüsusi diqqət tələb edir. Əslində nəzər nöqtəsinə çəkilən əsas mə¬sə¬¬lə Qafqazda ermənilər tərəfindən törədilən vəhşiliklərdir. Hökumət tərəfda¬rı olan “Qolos Kavkaza” əməkdaşının Bakıda baş verən qırğınlara marağı əs¬¬lində həmin hadisələrə hökumətin marağını ifadə etməkdədir. Məlum söhbətdəki “İki ay bundan irəli Firəngistan darülfünununun mərizxanasında bir Qaf¬¬qaz ermənisi ilə bir Qafqaz müsəlmanının başlarını yarıb beyinlərini mis¬qal-tərəzidə çəkirmişlər” deyimləri isə artıq azərbaycanlılara qarşı haqsız¬lıq¬¬larda Fransa erməniləri ilə rus şovinistlərinin birliyindən xəbər vermək¬də¬dir.
“Molla Nəsrəddin”də adı çəkilən xarici mətbuat orqanları sırasında “Novoye vremya” və “Tiflisski listok” qəzetlərini də görürük. Hətta jurnalın ilk ilinə aid 18-ci sayındakı “Vətən məhəbbəti” yazısında hər iki qəzetdən söz açılıb. Doğrudur, mollanəsrəddinçiləri düşündürən əsas məsələ Şuşa¬da milli qırğınla əlaqədar Rusiyada və digər ölkələrdə yaşayan erməni¬lə¬rin narahatlığı ilə bərabər, imkanlı müsəlmanların həmin hadisələrə biganə¬li¬yidir. Haqqında söz açılan yazının “Vətən məhəbbəti” adlandırılması təsadüfi deyil. Başqa sözlə, söhbət Şuşada millətlərarası münaqişələrlə bağlı Qarabağ¬dan kənarda yaşayan insanların münasibətindən gedir. Peterburqda tələbə olan erməni “Novoye vremya”ya məktub göndərərək erməni qardaş¬la¬rının halına acı-acı göz yaşları tökdüyünü bildirir. Şuşa qalası şahzadələ¬rin¬dən Seyfulla Qacar isə öz fikirlərini “Tiflisski listok”un oxucuları ilə aşağıdakı şəkildə bölüşür: “...Bəhmən Mirzə 1884-cü ildə vəfat edəndən sonra onun oğlan¬ları başladılar yavaş-yavaş Qarabağdan hərə bir yana köçməyə. Çünki Şuşa şəhərində elə bir ləzzət yoxdur ki, insan orada qalsın. Vaqeən Şuşa qalası ürək sıxan şəhərlərin ürək sıxanıdır... Əvvəl-axır şahzadələrdən Şuşa¬da bir ailə qalmışdı ki, o da şəhərdə əvvəl dəfə erməni-müsəlman davası düşən kimi köçüb. Vladiqafqazda yaşayır. Sonra şahzadələrin evləri şəhərdə boş qalmışdı, onu da yandırdılar və yandırandan sonra özləri üçün mövqe etdilər. Dəxi biz neyləyək?”.

Ermənilərin tərəfində olan Rusiya mətbuatı

Əlbəttə ki, “Novoye vremya”da erməni tələbəsinə məxsus məktubun çap olunması redaksiya ilə erməni mövqeyinin üst-üstə düşdüyünü göstər¬mək¬¬dədir. Bu yolla “Molla Nəsrəddin” bir daha xatırladır ki, bütün Rusiya mət¬¬buatı ermənilərin tərəfindədir. Daha acınacaqlı hal isə imkanlı azərbaycjan¬¬lıların öz doğma yurdlarına biganəliyidir.
“Molla Nəsrəddin”in satirasının tez-tez İran və Türkiyə mətbuatına da ünvan¬¬landığını görürük. Daha doğrusu, bu ölkələrdə qəzet və jurnalların yal¬nız hökumətin müəyyənləşdirdiyi şərtlər daxilində nəşr olunması mollanəs¬rəd¬dinçilər tərəfindən nifrətlə qələmə alınıb. Bu baxımdan jurnalda “Doşabuddövlə” imzası ilə getmiş “Təbrizdən” başlıqlı yazı xüsusilə səciy¬yə¬¬vi¬dir. Yazının əvvəlində Təbriz tərəqqisindən danışılacağı bildirilir, rəhimli Mirzə Kərim ağanın xalqın inkişafı üçün hazırladığı layihənin bəndləri diqqətə çəkilir. Həmin bəndlərlə tanışlıq isə göstərir ki, müəllifin İranda tərəqqidən bəhs edəcəyini söyləməsi tamamilə kinayədir. Layihənin 7-ci bəndi kinayəni daha qətiyyətlə təsdiqləməkdədir: “Təbrizdə çıxan “Kiçik Dəbistan” adında jur¬naldan mən çox qorxuram. Tamam “Molla Nəsrəddin”in kalına oxşayır. Qor¬xasan gün vura, yetişə və sonra böyük olub rəngi qızara, o da dura “Molla Nəsrəddin” kimi bizləri biabır eləyə. Lazımdır necə ki, Molla qədəğən olunub, elə də fürsəti qənimət bilib həzrəti-vala “Dəbistan”ın kökünü rişədən kəsdirsin”. (“Molla Nəsrəddin” On iki cilddə, 1-ci cild).
Cəlil Məmmədquluzadə bəzən xarici mətbuatdan söz açarkən oxucu¬nun müqayisə aparmasına imkan yaradıb. Həmin müqayisələr isə qeyri-mü¬səl¬man oxucu ilə müsəlman oxucu, qeyri-müsəlman qəzetinin mövzu dairə¬si ilə müsəlman qəzetinin mövzu dairəsi haqqında dolğun təsəvvür ya¬rat¬¬maqdadır. Şübhəsiz ki, “Keçən günlər” felyetonunda erməni qızlarının qəzet¬lər vasitəsilə Avstriya və İtaliyada baş verən prosesləri düzgün də¬yər¬lən¬¬dirməsini izləyənlər Qafqaz müsəlmanlarının böyük əksəriyyətinin “Molla Nəsrəd¬din”i yalnız və yalnız şəkillərinə baxmaq üçün almalarına təəs¬süf¬lən¬mə¬lidirlər. Felyetonda həmçinin Berlində fransız dilində nəşr olunan “Lecmanş” qəzetinin Avstriya padşahı Frans İosiflə bağlı məlumatları diqqətə çə¬¬ki¬lir, beləliklə, Avropada mətbuatın artıq dövlət məsələlərini həll etdiyi vur¬ğu¬lanır.
Dövri mətbuat mövzusunun “Molla Nəsrəddin” nəzmində də geniş yer tutduğunu izləyirik. Bu mənada Mirzə Ələkbər Sabirin “Əlminnətü-lillah ki, “Dəbistan” da qapandı!” misrası ilə çap olunan satirasını məxsusi dəyərləndir¬¬mək lazımdır :
Əlminnətü-lillah ki, “Dəbistan” da qapandı!
Bir badi-xəzan əsdi, gülüstan da qapandı!
Hasilləri puç oldu bütün məzrəəcatın,
Yel vurdu qavun-qarpızı, bostan da qapandı!
“Ülfət” kəsilib toxtadı “Bürhani-tərəqqi”,
Məhv oldu “Həmiyyət”, ədəbistan da qapandı!
“Rəhbər” yorulub, yuxladı “İrşad”ü “Təkamül”
Aslanlara ox dəydi, neyistan da qapandı!
Meydani-rəqabətdə bizim hümmətimizdən
Dəva qapanıb, Rüstəmi-dəstan da qapandı!
Ətvali-Vətən qoy bağarab örsün acından,
Yandı analar sinəsi, püstan da qapandı!
Qoy köhnələrin daş ürəyi gül tək açılsın,
Darüzzəfəri-tazəpərəstan da qapandı!..
(Mirzə Ələkbər Sabir “Hophopnamə”)

Göründüyü kimi, mollanəsrəddinçi nəzmdə artıq mətbuatın taleyi Vətənin taleyi, xalqın taleyi anlamındadır.

Dövri mətbuat “Azərbaycan mətbuatının şah əsəri” haqqında

“Molla Nəsrəddin” jurnalının birinci sayı 6 aprel 1906-cı il tarixdə Tiflis şə¬hə¬rində çap olunsa da, dövri mətbuat hələ jurnalın nəşrindən əvvəl Azər¬¬¬baycanın və Yaxın Şərqin ilk satira dərgisi haqqında məlumatlar yayın¬layıb. Bu baxımdan müəyyən mənada demək mümkündür ki, mollanəs¬rəd¬din¬¬¬şünaslığın əsası hətta məcmuənin nəşrindən öncə mətbuat tərəfindən qo¬yul¬¬ub. Şübhəsiz, bu işdə də “Molla Nəsrəddin”in müdiri və baş re¬dak¬¬to¬ru Cəlil Məmmədquluzadənin səylərini məxsusi dəyərləndirmək lazım¬dır. Qu¬lam Məmmədlinin “Molla Nəsrəddin” salnaməsindən aydın olur ki, məc¬muə haqqında ilk məlumatı 19 fevral 1906-cı il tarixdə rusdilli mətbuat, daha doğ¬rusu “Vozrojdeniye” və “Novoye obozreniye” qəzetləri verib: “Voz¬rojdeniye”, №1. “Müsəlman ziyalılarından ibarət bir dəstə qərara gəliblər ki, Tiflisdə “Molla Nəsrəddin” adında həftəlik satirik-yumorist jurnal çıxar¬sın¬lar.
Biz çalışacağıq ki, bu jurnalda öz oxucularımızı müsəlmanların həyatı ilə tanış edək”. (Q.Məmmədli “Molla Nəsrəddin”)
Maraqlıdır ki, jurnal haqqında dövri mətbuatdakı bu ilk yazılar elmi fikrin diqqətini cəlb edib, hətta “Biz çalışacağıq ki, bu jurnalda öz oxucularımızı müsəlmanların həyatı ilə tanış edək” cümləsinə istinadən Q.Məmmədli hə¬min xəbərin elə Mirzə Cəlilin özü tərəfindən yazılması fikrini irəli sürmüb. Əlbəttə, Cəlil Məmmədquluzadənin digər mətbu orqanlarda jurnal çıxarma¬sı¬na dair bildirişlər çap etdirməsi təsadüfi sayılmamalıdır. Böyük sənətin prin¬sip¬¬lə¬rini dəyərləndirən Mirzə Cəlil daimi nəşri məsələsinə xüsusi önəm verib, bu səbəbdən açacağı qəzet və ya jurnalın hansısa sahibkarın iradə¬sin¬¬dən asılı olmasını istəməyib, mətbu orqanın obyektivliyi, qərəzsizliyi üçün müstəqil fəaliyyət göstərməsini, özü-özünü yaşatmasını mühüm şərt sayıb, odur ki, hələ “Molla Nəsrəddn”in nəşrindən əvvəl abunəçi məsələsini həll etmək üçün mətbuata aid bildirişləri zəruri sayıb.
“Molla Nəsrəddin”in nəşri ilə əlaqədar “Novoye obozreniye”nin məlu¬ma¬tı “Baku” qəzetinin 1906-cı ilə aid 39-cu sayında da yer alıb, həm də “Baku” mənbə olaraq “Novoye obozreniye”ni göstərib. Həmin il “Həyat” qəzetinin 42-ci, “Kavkazskoye utro”nun 1-ci, “Tərcüman”ın 19-cu, “İrşad”ın 56-cı, “Kaspi”nin 47-ci, “Na povorote”nin 1-ci saylarında “Molla Nəsrəddin” adlı bir dərginin nəşr ediləcəyi oxucuların diqqətinə çatdırılıb. Əlbəttə, bütün bunlar Mirzə Cəlilin planları üzrə həyata keçirilib. Aydın olur ki, Cəlil Məmmədquluzadə yalnız mətbu orqanlarda jurnalın nəşri ilə əla¬qə¬dar xəbər verməyib, eyni zamanda şəxsi dostluq və tanışlıq münasibətləri vasi¬təsilə “Molla Nəsrəddin”in nəşri haqqında məlumatlar yayıb. Əslin¬də bu yolla gələcək baş redaktor məcmuənin yaşaması üçün real zəmin ha¬zır¬layıbdır. Budur, Rzaqulu Nəcəfovun xatirələrində həmin proses aşağıdakı formada açıqlanır: “...Hələ məcmuə çıxmamışdan bir neçə ay qabaq ətraf şə¬hər¬lərlə - Naxçıvan, İrəvan, Gəncə, Şəki, Şirvan və Bakı ilə rabitə bağlayır. Biz o vaxt Naxçıvandaydıq. Mirzə öz oğulluğu Heydər ağa Şahtaxtinskini Naxçıvana göndərmişdi, oradakı dostlarına məcmuənin çıxacağını xəbər ve¬rib material istəmişdi”.
Rufik İSMAYILOV  Bakı Dövlət Universitetinin doktorantı





Mənbə: Rufik İSMAYILOV 23.05.2012     Çap et  Çap et