525-ci qəzet

Cəbhədə növbəti atəş səsləri





Ermənistan Ordusunun bölmələri mayın 21-də saat 14.20-dən 14.25-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.45-dən 21.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.45-dən 23.50-dək və mayın 22-də 03.10-dan 03.30-dək Ağdam rayonunun Yusifcanlı və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 05.46-dan 06.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 03.05-dən 03.30-dək Ermənistan Respublikasının Noyanberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.





23.05.2012     Çap et  Çap et