525-ci qəzet

Elmira Süleymanova Şəkidə ictimai dinləmələr keçirdi




İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın iştirakı Şəki şəhərində Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) təbliği və tətbiqi məsələlərinin müzakirəsinə həsr olunmuş ictimai dinləmələr keçirilib. Şəki şəhər İcra Hakimiyyəti (İH) aparatından APA-nın yerli bürosuna verilən məlumata görə, tədbirdə Şəki-Zaqatala bölgəsi və ətraf rayonların icra hakimiyyəti və bələdiyyələrin, məhkəmə, polis, prokurorluq orqanlarının yerli şöbələrinin, həmçinin digər qurumların nümayəndələri iştirak ediblər. Tədbirdə Ombudsman Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı insan hüquqları sahəsində islahatların yeni mərhələsi kimi” mövzusunda məruzə edib. Müvəkkil MFP-nin icrası sahəsində görülən işlər, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər barədə danışmış, proqramda qanunvericiliyin insan hüquqları baxımından təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr, MFP ilə əlaqədar qeyri-hökumət təşkilatlarının vəzifələri, dövlət-QHT əməkdaşlığının mexanizmləri və digər məsələlər ətrafında söhbət açıb.
Müzakirələrdən sonra dinləyicilərin suallarını cavablandırıb.






23.05.2012     Çap et  Çap et