525-ci qəzet

“Gənclər zərərli vərdişlərə qarşı birləşirlər!”




Dünən Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qəbələ və İsmayıllı rayonlarında “Gənclər zərərli vərdişlərə qarşı birləşirlər!” devizi altında tədbir keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın sözlərinə görə, bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya, alkoqollu içkilər, siqaret və digər zərərli vərdişlərə qarşı çıxmaq, gənclərin neqativ meyllərə qarşı mübarizədə profilaktik tədbirlərin həyata keçirilməsi üçün səfərbər olmasını təmin etmək məqsədilə keçirilən tədbirdə Gənclər və İdman Nazirliyinin, rayon icra hakimiyyətlərinin məsul şəxsləri gənclərə zərərli vərdişlərin törətdiyi fəsadlar barədə geniş məlumat verib. S.Məmmədova bildirib ki, zərərli vərdişlərə qarşı təkcə hüquq-mühafizə orqanlarının gücündən istifadə etməklə mübarizə aparmaq mümkün deyildir, bu işdə ictimaiyyətin bütün təbəqələri, o cümlədən gənclər fəal iştirak etməli, Azərbaycan xalqının gələcəyini, onun genefondunu düşünən hər bir şəxs bu mübarizəyə qoşulmalıdır. S.Məmmədovanın dediyinə görə, dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənclər arasında narkomaniyaya, cinayətkarlığa, QİÇS-ə və digər neqativ meyllərə qarşı mübarizədə profilaktik tədbirlərin həyata keçirilməsidir. İştirakçılara maarifləndirici kitabçalar paylanılıb. Tədbir gənc müğənnilərin ifası ilə davam etdirilib.
S.QARAYEVA







23.05.2012     Çap et  Çap et