525-ci qəzet

Almaniya səfiri Azərbaycana münasibətlərdən danışdı


“Almaniya-Azərbaycan münasibətləri xoş və ənənəvidir”. APA-nın xəbərinə görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle jurnalistlərə açıqlamasında deyib: “Mən əminəm ki, hər hansı mətbuat orqanında mövcud olan mənfi məqalələr dost münasibətlərə xələl gətirməyəcək”. Səfir Azərbaycana “Eurovision” musiqi yarışmasında uğurlar arzu edib: “Arzu edirəm ki, bu tədbir uğurla həyata keçirilsin və Azərbaycan dünyaya özünü açıq, tolerant ölkə kimi nümayiş etdirsin, demokratiya, insan hüquqları sahəsində irəliləyişlər əldə etsin”.





23.05.2012     Çap et  Çap et