525-ci qəzet
Putin mətbuat katibini işdən çıxardı
Rusiya prezidenti Vladimir Putin mətbuat katibini vəzifəsindən azad edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Vladimir Putinin dünən imzaladığı sərəncamla Rusiya prezidentinin mətbuat katibi Nataliya Timakova tutduğu vəzifədən azad edilib. Prezidentin digər sərəncamı ilə Dmitri Peskov Rusiya prezidentinin mətbuat katibi vəzifəsinə təyin olunub. Nataliya Timakova isə baş nazir Dmitri Medvedyevin mətbuat katibi vəzifəsinə təyin edilib.
23.05.2012
Çap et