525-ci qəzet

ABŞ prezidenti İrana 8 maddəlik müvəqqəti uzlaşma planı təqdim edib


ABŞ prezidenti Barak Obama İrana 8 maddəlik müvəqqəti uzlaşma planı təqdim edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İsrailin “Debka” saytı xəbər yayıb.
Məlumatda bildirilir ki, İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Ehud Barak bu planı sınaqdan keçirmək üçün hələlik İrana hərbi müdaxilə qərarından vaz keçiblər: “Lakin İran sözünün üstündə durmasa, bütün görüşlər dayandırılıb hərbi müdaxilə variantına əl atılacaq”.
Xəbərdə qeyd olunur ki, hazırda ABŞ İrana təqdim etdiyi 8 maddəlik müvəqqəti uzlaşma planına cavab gözləyir: “Mayın 20-də İranda səfərdə olan Beynəlxalq Atom Enerjisi Agentliyinin icraçı direktoru Yukiya Amano da ABŞ prezidentinin bu planı ilə bağlı rəsmi Tehranın dəstəyini qazanmaq vəzifəsini boynuna götürüb”.





23.05.2012     Çap et  Çap et