525-ci qəzet

Elçin Behbudov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində monitorinq keçirdi


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçirib. E. Behbudovun APA-ya verdiyi məlumata görə, təcridxana əsaslı təmir olunur: “Biz orada olarkən təmir işləri aparılırdı. Bunun üçün də hazırda orada saxlanılan yoxdur”. Hüquq müdafiəçisi, həmçinin Nəsimi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində də monitorinq keçirib: “Orada beş nəfər təqsirləndirilən şəxs saxlanılırdı. Monitorinqin nəticələri barədə daxili işlər naziri Ramil Usubova məlumat verəcəyəm”.






23.05.2012     Çap et  Çap et