525-ci qəzet

Zahid Oruc: “Azərbaycanın dövlət büdcəsində Qarabağla bağlı müddəa açılsın”



“Azərbaycanın dövlət büdcəsində Qarabağla bağlı müddəa açılsın”. Bunu Milli Məclisin dünənki iclasında millət vəkili Zahid Oruc təklif edib. Z. Oruc bildirib ki, Dağlıq Qarabağ ermənilərinin kənardan maliyyələşməsi separatizm meyllərinin zəifləməsinə mane olur: “Biz Milli Məclis adından Dövlət Departamentinə, Konqresə müraciət edəndə bu müraciət ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən onlara çatdırılırmı? Biz ABŞ-da olanda konqresmenlər belə müraciətləri aldıqlarını inkar etdilər”.
KAMİL





23.05.2012     Çap et  Çap et