525-ci qəzet

Yazıçıdan telekanala etiraz bəyanatı



“Mayın 21-də ANS telekanalında yayımlanan “Xəbərin izində” proqramında ünvanıma səsləndirilmiş ittihamları özümə qarşı təhqir hesab edir və onların şəxsi qərəzlilik üzündən vurğulandığını bildirirəm”. Bu cümlə Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri, Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Nüşabə Məmmədlinin bəyanatında yer alıb. Bəyanat müəllifi sözügedən kanalda onunla bağlı dilə gətirilən və yayımlanan mülahizələrə qəti etiraz etdiyini bildirib: “İştirakçılarla birlikdə aparıcı İradə İsaqın dilindən də səsləndirilən “falçı” və digər təhqiramiz ifadələrə cavab olaraq, şərəf və ləyaqətimin alçaldılmasına görə məni təhqir edən şəxsləri və telekanalı məhkəməyə verəcəyimi bəyan edirəm”.





23.05.2012     Çap et  Çap et