525-ci qəzet

Abramoviç Şevçenkonu “Çelsi”yə qaytarır


Ukrayna milli komandasının və “Dinamo” (Kiyev) klubunun hücumçusu Andrey Şevçenko yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.
“Daily Mail”in verdiyi məlumata görə, 35 yaşlı futbolçunun yenidən “Çelsi”yə qayıdacağı iddia olunur.
Şevçenkonun klubun sahibi Roman Abramoviçlə sıx dostluq münasibətlərinin olduğu bildirilir. Məhz bu səbəbdən də rusiyalı iş adamı Şevçenkonu yenidən komandaya qaytarmaq istəyir.
Qeyd edək ki, 2006-2009-cu illərdə “Çelsi”nin şərəfini qoruyan Şevçenko bu komandanın heyətində keçirdiyi 48 oyunda 9 qola imza atmışdı.





23.05.2012     Çap et  Çap et