525-ci qəzet

“Türkiyə millisi DÇ 2014-ün final mərhələsində iştirak edəcək”



Türkiyə milli komandasının baş məşqçisi Abdullah Avcı Avstriya təlim-məşq toplanışı öncəsi iddialı açıqlamaları ilə diqqət çəkib.
Türkiyə mətbuatına danışan Avcı 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında iştirak edəcəklərini bildirib:
“Avstriyada yoxlama oyunu keçirəcəyimiz komandalar DÇ 2014-ün seçmə mərhələsindəki rəqiblərimizə bənzər yığmalardır. Heyətimiz kifayət qədər genişdir və qapımız hər kəsə açıqdır. Türkiyə millisi DÇ 2014-ün final mərhələsində iştirak edəcək. Buna bütün varlığımla inanıram”.
Qeyd edək ki, Türkiyə millisi Avstriyada Gürcüstan, Finlandiya, Bolqarıstan, Portuqaliya və Ukrayna yığmaları ilə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.






23.05.2012     Çap et  Çap et