525-ci qəzet

Türkiyədə evə sahib olmaq xəyalı gerçəkləşir. Həm də 5 ulduzlu!


 
Türkiyədə əcnəbilərin mülk almasının qanuniləşməsinin ardınca “İSR” Şirkətlər Qrupu Türkiyədə Bodrumda az sayda tikəcəyi villaları Azərbaycanda da satışa çıxarır.
Türkiyənin bənzərsiz gözəllikdə tətil cənnəti olan Bodrumun Türkbükü körfəzinin sahilində yerləşən Hilton Bodrum mehmanxanasının ərazisində tikiləcək az sayda villaya artıq Azərbaycan vətəndaşları da sahib ola biləcəklər. Türkiyə Respublikası Böyük Millət Məclisinin 02 may 2012-ci il tarixli qərarına əsasən xarici vətəndaşlar, o cümlədən Azərbaycan Respublikasının vətəndaşları Türkiyə torpaqları üzərində mülk sahibi ola bilərlər.
Türkiyə Böyük Millət Məclisində qəbul olunmuş bu qanunun böyük əks-sədası ilə bərabər, villaları tikəcək “İSR” Şirkətlər Qrupu tezliklə həyata keçirəcəyi bu növbəti layihəsi ilə diqqət mərkəzindədir. Yenilik barədə ətraflı məlumat almaq üçün şirkətlər qrupunun vitse-prezidenti cənab Zafer Tangilə müraciət etdik.

– Zafer bəy, “İSR” Şirkətlər Qrupu mehmanxanaların idarə olunması və mülk satışı sahəsində böyük təcrübəyə malikdir. Xəbər tutduq ki, növbəti yeniliyiniz yaxın vaxtda Türkiyədə villaların tikintisidir. Bu villaların qəfil Azərbaycan vətəndaşlarına da satılması barədə fikir necə yarandı?
– Türkiyə Respublikası Böyük Millət Məclisinin 02 may 2012-ci il tarixli qərarına əsasən, xarici vətəndaşlar, o cümlədən Azərbaycan Respublikasının vətəndaşları artıq Türkiyə torpaqları üzərində mülk sahibi ola biləcəklər. Bu qərarın qüvvəyə minməsilə bərabər, biz az sayda tikməyi planlaşdırdığımız villaları digər ölkələrin vətəndaşları ilə bərabər öz xalqımıza da təklif etmək qərarına gəldik.
Bildiyiniz kimi “İSR” Şirkətlər Qrupunun tərkibində olan “Hilton Bodrum Türkbükü Resort & Spa” mehmanxanası açıldığı gündən nüfuzlu və məşhur insanların tez-tez gəldikləri bir tətil məkanına çevrilmişdir. Hətta o qədər üstünlük verilən bir mehmanxanadır ki, dünyanın müxtəlif ölkələrindən olan bir çox insanlar tətilini burada keçirmək üçün uzun müddət növbə gözləməli olublar.
Villalar Bodrumum Türkbükü körfəzinin sahilində, holdinqimizə daxil olan 5 ulduzlu “Hilton Bodrum Türkbükü Resort & Spa” mehmanxanasının ərazisində yerləşəcəkdir.
2013-cü il ərzində sahiblərinə təhfil veriləcək bu villalar, onların öz istəklərinə görə layihələndiriləcəkdir. Yəni, hər bir alıcının ehtiyacları bu villaların layihələrində öz əksini tapacaqdır. Bundan başqa, bu villalara sahib olanlar mehmanxananın təklif etdiyi bütün imkanlardan və dünyada məşhur Hilton Mehmanxanalarının 5 ulduz səviyyəsindəki xidmətlərindən, həmçinin, 2 km uzunluğu olan və dövrümüzün “Sen Trope”si kimi qəbul edilən çimərliyindən pulsuz istifadə edə biləcəklər. Demək olar ki, onlar davamlı olaraq 5 ulduzlu mehmanxana şəraitində yaşayacaqlar.
– Zafer bəy, indidən görünür ki, bu villalara tələbat yüksək olacaq. Bəs siz sayı az olacaq villaları müştərilərə hansı meyara görə seçim edib satışını həyata keçirəcəksiniz?
– Bəli, Bakıdakı “Hilton Rezidence”lərin satışından da gördük ki, bu az saylı villalara da tələb çox olacaq. Biz bu məsələni danışmağa başladığımız gündən, villalarla maraqlanan xaricilər həddindən artıq çox olub. Ona görə də tək meyarımız ilk müraciət olacaqdır. Yəni ilk müraciət edənlərə üstünlük veriləcəkdir.
– Bildirdiniz ki, villalar “Hilton Bodrum Türkbükü Resort & Spa” mehmanxanasının ərazisində yerləşəcəkdir və villaların gələcək sakinləri buranın imkanlarından istifadə edə biləcəklər. Bəs mehmanxana hansı imkanlara malikdir?
– “Hilton Bodrum Türkbükü Resort & Spa” 433 otağı, 53 süit mənzili və ailələrə uyğun səkkiz müstəqil villası olan lüks mehmanxanadır. Mehmanxanamız Bodrumu və onun ətrafını ziyarət edən turistlərə dünya standartlarında tətil imkanı təqdim edir.
“Hilton Bodrum Türkbükü Resort & Spa” mehmanxanası Egey dənizinə açılan bənzərsiz mənzərəyə malikdir. Burada narın qumlu çimərliyin və səliqəli bağçaların yanında, qonaqların dincələcəyi geniş əyləncə imkanları – altı fərqli üzmə hovuzu, lüks spa və sağlamlıq mərkəzi, uşaqlar üçün su parkı və açıq havada idman etmək, günəş vannası qəbuletmə terası var.
Otelin tərkibində Aralıq dənizi mətbəxinin dəyişməz adı “Paparazzi”, dəniz məhsulları restoranı “Seaport”, İtaliya mətbəxinin nümayəndəsi “Patio Olivia” və yerli dadları təqdim edən “Sultan Sofrası” restoranları fəaliyyət göstərir. Mehmanxanada nahar, günorta və axşam yeməkləri üçün açıq bufet və yüngül yeməklər təqdim edən “Caf Central” da fəaliyyət göstərir. Restoranların hamısının möhtəşəm mənzərəyə malik açıq sahələri var.
Qonaqlar “Sarnıç Bar”, “Kicker’s Pub”, “A La Mer Bar”, “Lobby Bar” və hovuzbaşında yerləşən iki kokteyl barının dadını da çıxara bilirlər. Həmçinin burada qonaqların səhərin ilk işıqlarına qədər rəqs edə biləcəkləri bir gecə klubu da mövcuddur. Oteldə konfransların və toy mərasimlərinin keçirilməsi üçün 1500 nəfərlik “Grand Phaselis” sarayı da fəaliyyət göstərir.
– Zəfər bəy, villaların yerləşdiyi ərazi dünyada məşhur istirahət bölgələrindən biri kimi tanınır. Siz deyərdiniz, turistləri Türkbüküyə cəlb edən nədir? İstirahət bölgəsi hansı xüsusiyyətləri ilə fərqlidir?
– Türkbükü bu gün eyni adlı körfəzin sahilində yerləşən bir istirahət cənnətidir. Buraya turistləri çəkən onun tər-təmiz dənizi, bol qumu və iqlimidir. Türkbükü gecə əyləncəsi ilə də məşhurdur. Dəniz üzərində qurulmuş döşəmələrdə restoranlar dünya və türk mətbəxinin ən dadlı yeməklərini təqdim edirlər. Xüsusilə, buranın təzə və ləziz balıq yeməkləri dillər əzbəridir.
Türkbükü Türkiyənin tətil bölgələri içində çox böyük imicə sahibdir. Tanınmış simalar öz istirahətlərini burada keçirirlər. Çünki burada havanın çirkliliyindən və gurultudan əsər-əlamət yoxdur. Gözəl təbiət, bir də turistlərə göstərilən yüksək xidmət Türkbükünü zəngin, nüfuzlu və məşhur insanların tez-tez gəldiyi məkana çevirmişdir. Artıq bir neçə ildir ki, Bodrum bölgəsi təkcə yay aylarında deyil, eyni zamanda qış aylarında da yaşamaq üçün üstünlük verilən bir yer olmuşdur.
– Zafer bəy, bu hamımızı sevindirən xəbəri bizimlə paylaşdığınıza görə sizə minnətdarıq. Mən inanıram ki, Azərbaycan xalqı ilə paylaşdığınız bu layihə də digər layihələr kimi uğurlu olacaqdır.
Qeyd edək ki, “İSR” Şirkətlər Qrupu 1995-ci ildə tanınmış iş adamı İsgəndər Xəlilov tərəfindən qurulmuşdur. Şirkətin Azərbaycan, İsveçrə, Rusiya və Türkiyədə ofisləri mövcuddur. “İSR” Şirkətlər Qrupu Azərbaycanda sənaye, nəqliyyat, əmlak, avtomobil satışı, ticarət və turizm sahələrində iri layihələrə imza atmışdır. “Parkİnn Hotel”, “Hilton Baku”, Radisson Hotel”, “İSR Plaza”, “Toyota Bakı Mərkəzi” bu şirkətlər qrupunun adı ilə bağlıdır.
 
 





19.05.2012     Çap et  Çap et