525-ci qəzet

“Oğuz eli”nin “Mirzə Ələkbər Sabir – 150” buraxılışı



 “Oğuz eli” qəzetinin ayrıca buraxılış olan “Yazıçı”nın növbəti sayı işıq üzü görüb. Qəzetin və buraxılışın baş redaktoru Azər Abdulla növbəti buraxılışı Mirzə Ələkbər Sabirin 150 illiyinə həsr edib. “Mirzə Ələkbər Sabir – 150” buraxılışında Abbas Zamanovun, Abbas Səhhətin, Abdulla Şaiqin, Şəhriyarın, Hüseyn Cavidin, Seyid Hüseynin, Cəfər Xəndanın, Əziz Mirəhmədovun, Nazim Hikmətin, Əziz Şərifin, Kamal Talıbzadənin və digər görkəmli şəxsiyyətlərin ölməz şair barədə fikirləri oxuculara təqdim olunub. Buraxılışda həmçinin bu günün ədəbiyyat adamlarının – Xalq yazıçıları Anarın və Əkrəm Əylislinin, Xalq şairi Fikrət Qocanın, professorlar Kamil Vəli Nərimanoğlunun, İsa Həbibbəylinin, şairlərdən Məmməd Aslanın, Əjdər Olun, Ramiz Qusarçaylının və digərlərinin də Sabirlə bağlı düşüncələri, yaradıcılıq nümunələri verilib.




19.05.2012     Çap et  Çap et