525-ci qəzet

BMT İranın Suriyaya silah satdığını açıqlayıb



BMT İranla bağlı yeni hesabat hazırlayıb. APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, sənəddə İranın Suriyaya silah göndərməyə davam etdiyi bildirilib: “İran qeyri-qanuni silah tranzitini həyata keçirərək dünyaya meydan oxumağı davam etdirir. Bir il içərisində qeyri-qanuni olaraq üç böyük silah satışı həyata keçirilib. Bunun ikisi Suriya ilə bağlı olub. Araşdırmalar İranın ən böyük alıcısının Suriya olduğunu üzə çıxarıb”. Hesabatda Suriyaya göndərilmək üçün İrandan yola çıxan, ancaq Türkiyədə saxlanılan silahların arasında avtomatlar, pulemyotlar, partlayıcı maddələr, top mərmiləri tapıldığı qeyd olunub.




18.05.2012     Çap et  Çap et