525-ci qəzet
Zaqatalada bir dəqiqədə 2 zəlzələ
Bu gün səhər saatlarında Zaqatalada ikinci dəfə zəlzələ baş verib.
Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, saat 5:05:09 radələrində Zaqatala rayonundan 18 km qərbdə 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, bu gün saat 05:05:03-də, Zaqataladan 12 km cənubi-qərbdə zəlzələ qeydə alınıb. Episentrdə 3.0 bal, episentrə yaxın yaşayış məntəqələrində hiss olunub. İnsan tələfatı yoxdur.
17.05.2012
Çap et