525-ci qəzet

Asiya İnkişaf Bankının nümayəndə heyəti QKDK-da olub



Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Asiya İnkişaf Bankının (AİB) maliyyə sektorunun baş mütəxəssisi Yurqen Konradın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Komitədən verilən məlumata görə, görüşdə məqsəd AİB ilə əməkdaşlıq çərçivəsində “Mərkəzi və qərbi Asiyada maliyyə sektorunun inkişafı” texniki yardım layihəsindən komitə əməkdaşlarının potensialının artırılması üçün istifadə imkanları və qiymətli kağızlar bazarına dair əməkdaşlıq məsələlərinin müəyyən edilməsidir.
QKDK-nın sədri Rüfət Aslanlı Azərbaycanın son dövrlərdə iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən bəhs edərək, ölkənin kapital bazarında əsas institutların formalaşdığını və görülmüş məqsədyönlü tədbirlər nəticəsində son illərdə qiymətli kağızlar bazarında artımın müşahidə edildiyini qonaqların diqqətinə çatdırıb.
BƏXTİYAR





17.05.2012     Çap et  Çap et