525-ci qəzet

Qısqanc kişi 20 yaşlı qonşusunu öldürdü



Mayın 15-də Yevlax rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Aeroport qəsəbəsində 1981-ci il təvəllüdlü Əliyev Taleh Süleyman oğlu qısqanclıq zəminində qonşusu 1992-ci ildə anadan olmuş Məhəmmədli Məhəmməd Nizami oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Məlumata görə, T.Əliyev əsəbi vəziyyətdə M.Məhəmmədlinin yaşadığı evə gəlib və onunla mübahisə edib. Daha sonra o, 20 yaşlı qonşusuna çoxsaylı bıçaq zərbələri endirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.






16.05.2012     Çap et  Çap et