525-ci qəzet
Bakıda dəhşətli hadisə: gənc qadın özünü 9-cu mərtəbədən atdı
Mayın 15-də Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Yasamal rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Yeni Yasamal massivi 2, ev 4, mənzil 26-da yaşayan 1980-ci il təvəllüdlü Yuliya Xodukina özünü 9-cu mərtəbədən atıb.
32 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
İntiharın təfərrüatları açıqlanmır.
16.05.2012
Çap et