525-ci qəzet

Medvedyev yeni hökumətin tərkibini Putinə təqdim etdi



Rusiyanın baş naziri Dmitri Medvedyev yeni hökumətin tərkibini prezident Vladimir Putinə təqdim edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, dünən Kremldə V. Putinlə D. Medvedyev arasında görüş keçirilib. Görüş zamanı baş nazir yeni hökumətdə təmsil olunacaq nazirlərin siyahısını prezidentə təqdim edib. D. Medvedyev prezidentə hökumətdəki nazir vəzifələrinə namizədlərlə məsləhətləşmələr apardığını söyləyib: “İstəyərdim ki, siz də həmin namizədlərlə məsləhətləşmələri davam etdirəsiniz”. Hələlik yeni hökumətdə təmsil olunacaq nazirlərin siyahısı açıqlanmayıb.





16.05.2012     Çap et  Çap et