525-ci qəzet

Ana və uşaq sağlamlığı ilə bağlı dəyirmi masa keçirilib



Dünən Səhiyyə Nazirliyində “Ana və uşaq sağlamlığı: Nailiyyətlər və həllini gözləyən məsələlər” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Səhiyyə Nazirliyi və UNİCEF-in birgə həyata keçirdiyi “Ana və uşaq sağlamlığının qorunmasına yönəlmiş səhiyyə sisteminin gücləndirilməsi” proqramı çərçivəsində görülən işlərin, əldə edilmiş nəticələrin və gələcək prioritetlərin müzakirəsinə həsr olunub. Tədbirdə beynəlxalq diridoğulma meyarına keçid, neonatal və doğuşayardım xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, uşaqlarda əlilliyin erkən aşkarlanması və erkən profilaktikası, anemiyanın profilaktikası və nəzarəti, uşaqların qidalanması məsələləri müzakirə edilib. Həmçinin Azərbaycan hökumətinin diqqət və qayğısı nəticəsində ölkədə ana və uşaq sağlamlığının qorunması sahəsində əldə olunmuş uğurlardan danışılıb, ana və uşaq ölümü göstəricilərinin azalması və bu sahədə səylərin daha da gücləndirilməsi vurğulanıb.
BƏXTİYAR





16.05.2012     Çap et  Çap et