525-ci qəzet

Cinsi azlıqlara qarşı əməliyyat keçirilməyib



Azərbaycan Daxili İşlər Nazirliyi ölkə mətbuatında cinsi azlıqlara qarşı əməliyyat keçirilməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəisi Sadiq Gözəlov APA-ya açıqlamasında bildirib ki, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil və jurnalist təxəyyülünün məhsuludur: “Rəsmi şəkildə bildirirəm ki, nəinki polis, ümumiyyətlə heç bir hüquq-mühafizə orqanı qeyri-ənənəvi cinsi oriyentasiya nümayəndələrinə qarşı hər hansı əməliyyat həyata keçirməyib. Bu cür uydurma və əsassız məlumatların yayılmasını təxribat hesab edirik”.





16.05.2012     Çap et  Çap et