525-ci qəzet

Bakıda 30 dərəcə isti gözlənilir


 
Bakı və Abşeron yarımadasında mayın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Gecə 16-21, gündüz 25-30 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında mayın 15-də şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, mayın 15-17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.




15.05.2012     Çap et  Çap et