525-ci qəzet

Erməni əsirliyində olan azərbaycanlıdan təzə xəbər



Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri mayın 7-də Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanovanın APA-ya verdiyi məlumata görə, hərbi əsirə iki “Qızıl xaç məktubu” çatdırılıb, ondan isə bir “Qızıl xaç məktubu” götürülüb. Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb.




15.05.2012     Çap et  Çap et