525-ci qəzet

Fövqəladə Hallar Nazirliyinin səlahiyyəti artırıldı



Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edib. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişiklik Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinin artırılmasını nəzərdə tutur. Başqa sözlə, bundan sonra Ekologiya və Təbii Sərvətlər, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə bərabər Fövqəladə Hallar Nazirliyi də su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini öz səlahiyyətləri daxilində həyata keçirəcək.




15.05.2012     Çap et  Çap et