525-ci qəzet

İlham Əliyev Hindistanın Azərbaycandakı səfirini qəbul edib



Prezident İlham Əliyev mayın 11-də Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şounu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Hindistan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb. Ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən Prezident İlham Əliyev ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir Debnat Şou Azərbaycanda fəaliyyət göstərməkdən məmnun qaldığını bildirib. Hindistanlı diplomat ölkəmizdəki fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin inkişaf etdiyini vurğulayıb.





12.05.2012     Çap et  Çap et