525-ci qəzet

Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü qeyd edilib



Dünən Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü tamam olub. APA-nın məlumatına görə, Azərbaycan xalqının ümummilli liderinin doğum günü ölkədə qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Dövlət başçısı H.Əliyevə ehtiramını bildirib, məzarı önünə əklil qoyub. İ.Əliyev akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüb. Prezidentlə yanaşı, Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət ediblər. Bunun ardınca isə sadə vətəndaşların ziyarəti başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri daha sonra Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə keçirilən Gül bayramında iştirak edib. Prezident və ailə üzvləri H.Əliyevin abidəsini ziyarət edib, müxtəlif güllərdən yığılmış kompozisiyalarla tanış olublar. Bundan başqa, dünyanın bir çox ölkəsində də H.Əliyevin anadan olması münasibətilə müxtəlif tədbirlər keçirilib.






11.05.2012     Çap et  Çap et