525-ci qəzet

“Şamaxıda baş verən təbii fəlakət zamanı 18 nəfər xilas olunub”



Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxı rayonunda baş verən təbii fəlakət barədə açıqlama verib. APA-nın xəbərinə görə, Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib ki, Şamaxıda baş verən sel fəlakəti zamanı 1 nəfər həlak olub. Həmin şəxsin cəsədinin artıq tapıldığını deyən nazir, fəlakət baş verən zaman çox pis vəziyyətdə qalmış 18 nəfərin xilas olunduğunu bildirib: “Onlar selin ortasında qalmışdılar. Əraziyə texnika yeritmək mümkün deyildi. Əməkdaşlarımız əl alətləri vasitəsilə həmin şəxsləri xilas edib”. Nazir baş verən fəlakətlə bağlı komissiya tərəfindən araşdırma aparıldığını da deyib.




11.05.2012     Çap et  Çap et