525-ci qəzet

İsrail parlamentinin üzvləri


 
Azərbaycana səfər edəcəklər İsrail parlamentinin (Knesset) üzvləri Faina Kirşenbaum və Orti Zuarets Azərbaycan və Gürcüstana səfər edəcəklər. APA-nın “İzrus”a istinadən verdiyi məlumata görə, mayın 13-nə planlaşdırılan səfər zamanı onlar hər iki ölkənin rəsmi şəxsləri və yəhudi təşkilatlarının rəhbərləri ilə görüşlər keçirəcəklər. Deputatların Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Milli Məclisin üzvü Yevda Abramovla görüşəcəkləri dəqiqləşib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə də görüş gözlənilir. Qonaqlar mayın 16-də Bakıdan Tiflisə yola düşəcəklər.




11.05.2012     Çap et  Çap et