525-ci qəzet

Prezident təhsil müəssisələrində təhsilalanların attestasiyası ilə bağlı sərəncam imzalayıb



Azərbaycan Prezidenti İlham Əliyev təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydalarını müəyyən etmək tapşırılıb. Nazirlər Kabineti iki ay müddətində “Təhsil haqqında” qanununun tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin fərmanında nəzərdə tutulmuş, təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydalarını Azərbaycan prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.




11.05.2012     Çap et  Çap et