525-ci qəzet

Almaniya və Ukraynanın opera ulduzları Bakı səhnəsində



Mayın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” tamaşasının nümayişi olacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanı Qut-İmmlinqdə (Bavariya, Almaniya) keçirilən beynəlxalq opera sənəti festivalının bədii rəhbəri və baş dirijoru xanım Korneliya fon Kerssenbrofk idarə edəcək. Tamaşada əsas partiyada – Alfred rolunda Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın xalq artisti İqor Borko, Violetta rolunda teatrın gənc və istedadlı vokalçısı, respublikanın əməkdar artisti İnarə Babayeva, Jermon partiyasında Azərbaycanın xalq qrtisti Əvəz Abdullayev, Markiz partiyasında Əli Əsgərov, Doktor rolunda isə əməkdar artist Əkrəm Poladov çıxış edəcəklər.




11.05.2012     Çap et  Çap et