525-ci qəzet

Elçin Behbudov Bakı Ağır Cinayətlər Məhkəməsində monitorinq keçirib



Dünən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və köməkçisi Novruz Gülməmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə zamanı təqsirləndirilən şəxslərin saxlanma yerində monitorinq keçiriblər. Elçin Behbudovun APA-ya verdiyi xəbərə görə, orada olan 16 nəfər təqsirləndirilən şəxslə görüşüblər: “Onların saxlanma yerindən şikayətləri yoxdur. Həmçinin qeyri-insani rəftarla bağlı bizə şikayət edən olmadı. Çoxunun şikayəti ibtidai istintaqdandır”.




11.05.2012     Çap et  Çap et