525-ci qəzet

UEFA prezidenti Türkiyəni hədələyib



UEFA prezidenti Mişel Platini Türkiyə Futbol Federasiyasına xəbərdarlıq edib. Bu barədə Türkiyənin keçmiş dövlət naziri Kürşat Tüzmən “Anadolu” agentliyinə açıqlama verib. Kürşat bildirib ki, Platini ilə görüşü zamanı Avropa futbol qurumunun rəhbəri danışılmış oyunlarda iştirak edən komandaları Superliqadan kənarlaşdırmağı tələb edib. Əks halda o, Türkiyənin heç bir klubunun Avropa kuboklarına buraxılmayacağını söyləyib. Keçmiş dövlət naziri Platininin tələbini yerinə yetirməyə hazır olduğu üçün Türkiyə Futbol Federasiyası prezidentliyinə namizəd olmasına icazə verilmədiyini açıqlayıb: “Platini ilə danışdım. “Komandaları düşürməsəniz, Avropada yer ala bilməzsiniz” dedi. Mənim də danışılmış oyunda iştirak edən komandaları aşağı liqaya düşürəcəyim bəllidir. Lakin baş nazirimiz Recep Tayyip Erdoğan istəmədi. Çünki “Fənərbağça”lıdır. Mən də “Qalatasaray”lıyam. Amma Türkiyə idmanının yaşaması üçün çalışıram. Futboldan anlayışım olmasa da, bildiyim bir şey var: Hansı vəzifədə olsam, həmin sahəni ədalətlə idarə edərəm. İndiyədək gömrük, xarici ticarəti ədalətlə idarə etmişəm”. Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi danışılmış oyun faktları ilə bağlı heç bir komandanı cəzalandırmayıb. Səbəb kimi oyun satın alma cəhdlərinin meydanlarda əksini tapmadığı göstərilib (lent.az).




11.05.2012     Çap et  Çap et