525-ci qəzet

118 metr uzunluğunda körpü qəzalı vəziyyətə düşdü


 
Quba rayonu ərazisində, Vəlvələçay üzərində yerləşən 118 metrlik körpü qəzalı vəziyyətə düşüb. APA-nın şimal bürosunun məlumatına görə, bu səbəbdən Gəndob-Quba yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bakıdan Qubaya və Rusiya Federasiyası sərhədinə gedən avtomobillər Xaçmaz rayonundan keçməklə hərəkət edir. Quba 5 saylı Yol İstismar İdarəsinin rəisi Aydəmir Manafov APA-nın şimal bürosuna bildirib ki, dayaqlarda problemlər yaranıb və körpü təmirə dayanıb. İdarə rəisi bir müddət yolda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağını qeyd edib.




09.05.2012     Çap et  Çap et