525-ci qəzet

Boksçu ilk döyüşünün 32-ci saniyəsində öldü



Yeni Zelandiya boksçusu Uillman Rodriges peşəkar rinqdə ilk döyüşü zamanı ölüb. Rodriges Taitidə yerli boksçu Karihi Teheylə görüşünün elə 32-ci saniyəsindəcə yerə yıxılıb. Qıc olmuş Rodriges xəstəxanaya gedən yolda keçinib. 30 yaşlı idmançının ölüm səbəbi yarılmadan sonra müəyyənləşəcək. Onun sifətində heç bir qanaxma olmadığından, həkimlər boksçunun səhhəti ilə bağlı digər problemləri araşdıracaqlar.




09.05.2012     Çap et  Çap et