525-ci qəzet

Forlan: “Avroliqanı “Atletiko” qazanacaq”



Mövsümün əvvəlində “Atletiko” (Madrid) klubundan “İnter”ə transfer olunan Dieqo Forlan sabiq komandasının Avroliqanın finalındakı şansını dəyərləndirib. “Marca”ya danışan uruqvaylı futbolçu “Atletiko”nun bu dəfə də qalib olacağına inandığını bildirib: “İki il öncə “Atletiko”nun heyətində Avroliqanın qalib oldum. Həmin gün həyatım boyu xatırlamaq istədiyim ən yaxşı günlərdən biridir. Həqiqətən də olduqca həyəcan verici bir oyun idi. Açığı sabiq komandamın 3 il ərzində 2 dəfə finala yüksələcəyini gözləmirdim. Ancaq bu, komandanın gücündən xəbər verir. İnanıram ki, bu dəfə də kuboku məhz “Atletiko” qazanacaq”. Qeyd edək ki, 2 il öncə finalda “Fulhem”lə görüşdə Forlan 2 qol vurmaqla komandasının qələbə qazanmasında böyük pay sahibi olmuşdu.




09.05.2012     Çap et  Çap et