525-ci qəzet

Zahid Oruc: “Uğuru olmayan hakimiyyət idarəçilikdə qala bilməz”



“Ölkə Prezidenti İlham Əliyev xalq üçün ən sadə və demokrat rəhbərdir.Ancaq bu tolerantlığı və liberallığı, həmçinin, müasir baxışları əks cinah haqqında söyləmək qətiyyən, mümkün deyil”. Bunu mətbuta açıqlamasında millət vəkili Zahid Oruc dilə gətirib.Millət vəkili bildirib ki, müxalifətin nəzarətində olan mətbuatda “yaradılan” virtuallıqla gerçəklik arasında da böyük məsafə var. Z.Orucun dediyinə görə, 20 ildir həmin qüvvələrin və onların nəzarətində olan mətbuatın “dağılacaq” dediyi dövlət bu gün də ayaq üstədir: “Uğuru olmayan iqtidar idarəçilikdə qala bilməz. Hər gün işdən çıxardığınız məmurlar bu dövlətin quruculuğunda iştirak edirlər. Ola bilsin bir qismi yorulub, tükənib, yaxud milli və siyasi kimliyini itirib. Onların yaşamasını şərtləndirən bilirsinizmi nədir: barışmazlıq, düşərgə mübarizəsi. Sizin media əsatirləriniz dəfələrlə dağılıb. Oliqarx saydıqlarınız işdən gedəndən sonra çox adi görünüblər. Ya da ki, milli oğrularımız sizlərə vəsait verəndə sanki təmizləniblər və müxalifətin amnistiyasına düşüblər. Bu fikrin əksi də doğrudur. Çirkli məmur da siyasi əsası olmayan başqa qüvvənin və ya medianın yaşamasının qarantıdır. Əgər elə deyilsə, mən onlara çağırış edirəm: bircə ay müxalifət mətbuatını köşklərdən almayıb elektron resurslarla keçinin! O zaman yaranan siyasi mənzərəyə birlikdə baxarıq”.
KAMİL






08.05.2012     Çap et  Çap et