525-ci qəzet

Zaqatalada güclü zəlzələ: dağıntılar var



Azərbaycanın Zaqatala rayonunda güclü zəlzələ baş verib.APA-nın yerli sakinlərə istinadən verdiyi xəbərə görə, zəlzələnin gücü 5 baldan çox olub. Belə ki, saat 09.39 radələrində baş verən yeraltı təkan nəticəsində evlərdə çatların əmələ gəldiyi köhnə tikililərdə dağıntı olduğu bildirilir. Bu əhali arasında böyük təşvişə səbəb olub. Hamı evlərdən çıxaraq küçələrə axışıb. Ölən və xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.Yeraltı təkanların digər rayonlarda da hiss olunduğu barədə məlumatlar var.





07.05.2012     Çap et  Çap et