525-ci qəzet

Yazıçı Azər Abdullanın Türkiyə və Rusiyada əsərləri nəşr edilib



İstanbulun “Gökyüzü” nəşriyyatı yazıçı Azər Abdullanın “Azerbaycandan hikayeler” adlı kitabını çap edib. Xanəmir Telmanoğlunun ön sözü ilə başlayan kitaba yazıçının üç povesti, on üç hekayəsi və qısa tərcümeyi-halı daxil edilib. Əsərləri Ayişə Nəbi Türkiyə türkcəsinə uyğunlaşdırıb.
Həmçinin yazıçının “Dojd tsvetov” (“Gül yağışı”) hekayəsi Rusiyanın Krosnoyarsk şəhərində nəşr olunan “Den i noç”( http://www.krasdin.ru/2012-1/2012-1.pdf) ədəbi jurnalının mart sayında dərc edilib.






05.05.2012     Çap et  Çap et