525-ci qəzet

Avropa Komissiyası Avropa çempionatını boykot etdi



Avropa Komissiyasının üzvləri Ukraynada keçiriləcək futbol üzrə dünya çempionatını boykot etmək qərarına gəliblər. APA-nın məlumatına görə, buna səbəb ölkədə narahatlıq duyulan siyasi durum və sabiq baş nazir Yuliya Timoşenko ilə bağlı vəziyyətdir. Avropa komissarı Andrulla Vasiliu bildirib ki, idmana məsul komissar kimi Ukraynada keçiriləcək istənilən matçı izləməyi məqsədəuyğun saymır.
“Çox ümid edirəm ki, bu futbol turniri əsl uğur olacaq və mən Polşa ərazisində keçiriləcək matçlardan birini izləyə biləcəyəm”.





05.05.2012     Çap et  Çap et