525-ci qəzet

Vitse-spiker: “Vətəndaşlar qanun çərçivəsində sərbəst toplaşmaq hüququndan istifadə edə bilər ”



“Azərbaycanda hər bir vətəndaş sərbəst toplaşmaq hüququndan istifadə edə bilər. Bu, qanunun onlara verdiyi hüquqdur və sadəcə, bu hüquq qanun çərçivəsində reallaşdırılmalıdır”. Bu fikirləri hakim partiyanın saytına açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib. B.Muradova bildirib ki, müxalifət partiyalarının son vaxtlar keçirdiyi mitinqlər də bu hüququn reallaşmasıdır. Vitse-spikerin sözlərinə görə, əgər qarşı tərəf qanun çərçivəsində addımlar atacaqsa, bundan sonra da sərbəst toplaşmaq məsələsində heç bir problem olmayacaq: “Hökumət qanunun icrası istiqamətində öz üzərinə düşən vəzifələri bundan sonra da yerinə yetirəcək. Amma müxalifətin bu mitinqlərinə ictimai dəstəyin olub-olmaması isə başqa məsələdir. Bütün ictimaiyyət onların imkanının nəyə çatdığının şahidi oldu”.
KAMİL





05.05.2012     Çap et  Çap et