525-ci qəzet

Bayıl yolu bağlandı



Bakıda həyata keçirilən infrastruktur layihələri və təmir-tikinti işləri ilə əlaqədar şəhərin əsas yollarından biri bağlanılıb. Lent.az-ın məlumatına görə, Bayıl qəsəbəsində Qurban Abbasov küçəsi (şəhərdən Bayıl istiqamətinə giriş) müvəqqəti olaraq bağlanıb. Bayıl qəsəbəsinə daxil olmaq, həmçinin Gülüstan Sarayı istiqamətində gedən yola çıxmaq üçün alternativ olaraq yeni çəkilmiş 8 zolaqlı yoldan istifadə edilə bilər.
Qeyd edək ki, uzun illər Bakının cənub girişində əsas yol olan Bayıl yolunda hazırda asfaltlama işləri həyata keçirilir. İşin may ayının ortalarınadək başa çatdırılması gözlənilir.









03.05.2012     Çap et  Çap et